EN

Azərbaycan nefti ucuzlaşıb

BAKI, TurkicWorld

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 6,85 ABŞ dolları və ya 5,57% ucuzlaşaraq 116,05 ABŞ dollarına enib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 7,32 dollar və ya 6,19% ucuzlaşaraq 110,97 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,89 dollar və ya 6,86% azalaraq 79,91 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,89 dollar və ya 5,89% azalaraq 110,05 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Chosen
23
17
turkic.world

10Sources