AZ

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 6,85 ABŞ dolları və ya 5,57% ucuzlaşaraq 116,05 ABŞ dollarına enib. 1news.az Trend-ə istinadən neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 7,32 dollar və ya 6,19% ucuzlaşaraq 110,97 ABŞ dolları təşkil edib. "URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,89 dollar və ya 6,86% azalaraq 79,91 dollar/barelə bərabər olub. Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,89 dollar və ya 5,89% azalaraq 110,05 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Seçilən
24
17
1news.az

10Mənbələr