AZ

“Azeri Light”ın qiyməti 116 dollara düşdü

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

Avtosfer.az xəbər verir ki, neftimizin 1 barelinin qiyməti 6,85 ABŞ dolları və ya 5,57 % azalaraq 116,05 ABŞ dolları təşkil edib.

Ötən gün neftimiz 122,9 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
6
avtosfer.az

10Mənbələr