EN

İran Hind okeanında ABŞ bazasına hücum etdi – ilk dəfə

İran Hind okeanında ABŞ hərbi bazasına zərbə endirib və bu, İran raketinin ən uzun mənzilli buraxılışıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hücum yeri ABŞ-nin Hind okeanında yerləşən Dieqo Qarsiya adasındakı hərbi bazası olub. Ada Mavriki dövlətinə məxsusdur, ABŞ və Böyük Britaniya onu icarəyə götürüb.

“Wall Street Journal” qəzetinin məlumatına görə, buraxılış məsafəsi İran raketləri üçün rekord olub: İran ərazisindən bazaya qədər məsafə təxminən 3500-4000 kilometrdir.

ABŞ rəsmilərinin sözlərinə görə, İran iki orta mənzilli ballistik raket buraxıb, lakin heç biri hədəfə çatmayıb. Bir raket uçuş zamanı nasaz olub və ABŞ gəmisi ikincisinə qarşı SM-3 tutucusundan istifadə edib. Tutulmanın uğurlu olub-olmadığı barədə heç bir məlumat yoxdur.

ABŞ prezidenti Tramp bu yaxınlarda Dieqo Qarsiya adasının Mavrikiyə qaytarılmasını Britaniyanın zəifliyinin əlaməti adlandırmışdı.

Musavat.com

Chosen
42
21
musavat.com

10Sources