EN

Şəfa fırtınası davam edir Lideri yenən tapılacaqmı?

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

1-ci Liqanın 19-cu turu çərçivəsində bu gün Binə qəsəbə stadionunda "Şahdağ Qusar"ı 1:0 hesabı ilə məğlub edən lider "Şəfa" mübarizə apardığı çempionatlarda məğlubiyyət acısı dadmır.

Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisi 34 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin rəhbərliyi altında çıxdığı 32 görüşdə yenilgi tanımayıb.

Bu matçlardan 13-ü 2-ci, 19-i isə 1-ci Liqaya təsadüf edib. 

Sözügedən kollektiv həm də bu mövsüm bütün Azərbaycan liqalarında məğlub olmayan yeganə komandadır.

Xatırladaq ki, hazırda 45 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir. İkinci pillədə 37 xalla "Baku Sportinq" qərarlaşıb.

Toğrul

 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
67
5
fanat.az

6Sources