Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
1-ci Liqanın 16-cı turu çərçivəsində bu gün Şamaxıda "Difai"ni 8:1 hesabı ilə darmadağın edən lider "Şəfa" mübarizə apardığı çempionatlarda məğlubiyyət acısı dadmır.
Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisi 33 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin rəhbərliyi altında çıxdığı 29 görüşdə yenilgi tanımayıb.
Bu matçlardan 13-ü 2-ci, 16-sı isə 1-ci Liqaya təsadüf edib.
Sözügedən kollektiv həm də bu mövsüm bütün Azərbaycan liqalarında məğlub olmayan yeganə komandadır.
Xatırladaq ki, hazırda 36 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir. İkinci pillədə 33 xalla "Baku Sportinq" qərarlaşıb.
Toğrul
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.