AZ

Şəfa nı yenə bilən tapılmır Məğlubiyyətsiz oyunlar seriyası bu həddə çatdı

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

1-ci Liqanın 18-ci turu çərçivəsində bu gün Şamaxıda "Şimal"ı 2:0 hesabı ilə məğlub edən lider "Şəfa" mübarizə apardığı çempionatlarda məğlubiyyət acısı dadmır.

Fanat.Az-ın hesablamalarına görə, Bakı təmsilçisi 34 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin rəhbərliyi altında çıxdığı 31 görüşdə yenilgi tanımayıb.

Bu matçlardan 13-ü 2-ci, 18-i isə 1-ci Liqaya təsadüf edib. 

Sözügedən kollektiv həm də bu mövsüm bütün Azərbaycan liqalarında məğlub olmayan yeganə komandadır.

Xatırladaq ki, hazırda 42 xalı olan "Şəfa" 1-ci Liqanın turnir cədvəlində şəriksiz lider mövqeyindədir. İkinci pillədə 33 xalla "Baku Sportinq" qərarlaşıb.

Toğrul

 

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
5
fanat.az

6Mənbələr