EN

Kuman De Yonqun zədələnməsini şərh etdi – ARENA.AZ

Niderland yığmasının baş məşqçisi Ronald Kuman “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun zədələnməsini şərh edib.

Arena.az niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Frenki təxminən altı həftəlik müddətə sıradan çıxıb. Bəzən hətta düşünürəm ki, zədələr yaxşılığadır. Axı bu, oyunçulara istirahət imkanı verir”, deyə Kuman vurğulayıb.

Xatırladaq ki, Frenki de Yonq komandasının məşqi zamanı zədələnib. Tibbi müayinə 28 yaşlı niderlandlı futbolçunun budunun arxa əzələsində yırtıq olduğunu üzə çıxarıb. Onun azı bir ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanmışdı.

Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyul ayında “Barselona” 86 milyon avro məbləğ müqabilində De Yonqu “blauqrana”nın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

De Yonq cari mövsümdə “Barselona”nın heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib.

De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 290 oyun, 20 qol, 30 məhsuldar ötürmə.

Frenki de Yonq 2018-ci ilin sentyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 64 oyuna çıxıb, 2 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
58
6
arena.az

10Sources