EN

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

"Kvotanın tamamlanmasına 11% yer qalıb. Ona görə də Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər", - Vüsal Cahangiri bildirib.

Qeyd edək ki, Həcc ziyarətinə son qeydiyyat tarixi martın 7-i müəyyən edilmişdi.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Tələb olunan sənədlər:

"Cebheinfo.az"

Chosen
69
15
cebheinfo.az

10Sources