AZ

Həcc ziyarətinə qeydiyyat nə vaxtadək davam edəcək?

Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

"Kvotanın tamamlanmasına 11% yer qalıb. Ona görə də Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər", - Vüsal Cahangiri bildirib.

Qeyd edək ki, Həcc ziyarətinə son qeydiyyat tarixi martın 7-i müəyyən edilmişdi.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Asya
Milli.Az 

Seçilən
17
15
milli.az

10Mənbələr