Həcc ziyarətinə qeydiyyat Ramazan ayının sonunadək davam edəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
"Kvotanın tamamlanmasına 11% yer qalıb. Ona görə də Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyatdan keçsinlər", - Vüsal Cahangiri bildirib.
Qeyd edək ki, Həcc ziyarətinə son qeydiyyat tarixi martın 7-i müəyyən edilmişdi.
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.
Tələb olunan sənədlər:
"Cebheinfo.az"