EN

Bakıda təmizlik idarəsinin maşını qadını vurub öldürdü

Bakıda Mənzil-Kommunal Təsərrüfat Birliyinə məxsus yük maşını piyadanı vurub.

KONKRET.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində baş verib.

Bakı şəhər sakini 67 yaşlı Təhməz Firudin oğlu Səfərov idarə etdiyi MKTB-yə məxsus QAZ-53 markalı avtomobillə yolu keçən 27 yaşlı Ayşən Mehman qızı Osmanovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
102
9
konkret.az

10Sources