EN

Azərbaycanda qeyri-həyat sığortası ödənişləri 16%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda qeyri-həyat sığortasınövlərinin hesabına 95,313 milyon manat sığorta haqqıtoplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilineyni dövrü ilə müqayisədə 6,4 milyon manat və ya 6,3% azdır.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlərisə 2,9 milyon manat və yaxud 16,2% artaraq 21,098 milyon manataçatıb.

Beləliklə, bu ilin yanvar ayında qeyri-həyat sığortası bazarındatoplanmış hər 100 manat sığorta haqqının 22,1 manatı müştərilərəgeri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyətgöstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manatməbləğində sığorta haqqı toplanıb.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri iləmüqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyonmanat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2%artıb.

Məqalədə:
Chosen
27
4
az.trend.az

10Sources