Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda həyat sığortası növlərininhesabına 61,290 milyon manat sığorta haqqı toplanılıb.
TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilineyni dövrü ilə müqayisədə 600 min manat və ya 1% azdır.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 11,4milyon manat və yaxud 38,9% artaraq 40,915 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar ayında həyat sığortası bazarındatoplanmış hər 100 manat sığorta haqqının 66,8 manatı müştərilərəgeri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyətgöstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manatməbləğində sığorta haqqı toplanıb.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri iləmüqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyonmanat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2%artıb.