AZ

Azərbaycanda icbari sığorta ödənişləri 16%-dən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda icbari sığorta növlərininhesabına 20,148 milyon manat sığorta haqqı toplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilineyni dövrü ilə müqayisədə 2,909 milyon manat və ya 12,6% azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 1,646milyon manat və yaxud 16,3% artaraq 11,750 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar ayında icbari sığorta bazarındatoplanmış hər 100 manat sığorta haqqının 58,3 manatı müştərilərəgeri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyətgöstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manatməbləğində sığorta haqqı toplanıb.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri iləmüqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyonmanat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2%artıb.

Məqalədə:
Seçilən
8
4
az.trend.az

10Mənbələr