EN

Sxadadze: “Bəzi oyunçular özlərini göstərə bilmədilər” – ARENA.AZ

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 14-cü turundan təxirə salınmış “Turan Tovuz”la oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə meydan sahibləri 0:3 hesablı məğlubiyyətə üzülüblər.

Kaxaber Sxadadze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Turan Tovuz”u təbrik edirəm. Oyun haqda çox danışmayacağam. Oyuna çox pis başladıq. İlk dəqiqələrdə 2 qol buraxdıq. “Turan Tovuz” kimi təcrübəli komandaya qarşı sonradan oyunu toparlamaq çətindir. Rəqibin 2-ci qolundan sonra bir neçə fürsətimiz oldu. Təəssüf ki, onları reallaşdıra bilmədik. Fərqlənə bilsəydik, bəlkə də oyun başqa cür ola bilərdi. İkinci hissənin əvvəlində isə öz qapımıza qol vurduq. Bundan sonra komanda istədiyi kimi oynaya bilmədi. “Turan Tovuz” müdafiədə çox diqqətli oynayır. Onların müdafiə xəttini yarmaq çox çətin olur.

Bizim üçün hər oyun vacibdir. Aydın məsələdir ki, “Karvan”la matç final kimidir. Prins Ovusu çox gəncdir. Həddindən artıq çox oynayıb. Bəzən onu da əvəzləmək lazımdır. Dörd gündən bir oyun oynayırıq. Bu da çətindir. Belə hallarda heyətdə rotasiyalar vacibdir. Bəzi futbolçular özlərini yaxşı tərəfdən göstərdi, bəziləri göstərə bilmədi. Sıx qrafikdə rotasiyalar etməliyik. Start heyətində meydana çıxanlar başa düşməlidirlər ki, özlərini göstərməlidirlər. Təəssüf ki, bəziləri özlərini göstərə bilmədilər. Bütün mövsümü 11 nəfərlə oynamaq mümkün deyil. Murad Musayev ötən matçda oynamamışdı. Halbuki komandanın kapitanıdır. Bu gün meydana çıxdı və müdafiədə komandanın ən səhvsiz oyunçularından biri idi. Hamı öz üzərində bu cür işləməlidir. Komanda 11 nəfərdən ibarət deyil. Digər futbolçular da xeyir verməlidir.

Heç vaxt deyə bilmərəm ki, biz “Karvan”dan güclüyük. Onlar da yaxşı komandadır. Çalışırlar, mübarizə aparırlar. Xalları az olsa da, çox ciddi oyun olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
4
4
arena.az

10Sources