EN

“Sabah” və “Turan Tovuz”dan vacib qələbə - Tura baxış

Misli Premyer Liqasının XXI turu elə də məhsuldar keçmədi. “Neftçi” – “Qarabağ” qarşılaşmasının təxirə salındığı turda iki qarşılaşmada qapılara qol vurulmadı. “Turan Tovuz” “Zirə”ni iki, “Sabah” isə “Kəpəz”i bir cavabsız qolla məğlub etdi.

"Turan Tovuz" – "Zirə" 2:0 
Qollar:
Filip Ozobiç, 11. Jorje Silva, 19
“Turan Tovuz”: 41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavareş, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdiyev.
“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 28. Leroy Mikels, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

“Zirə” “Azərsun Arena”da əsl şok yaşadı. Nominal meydan sahibi qismində “Zirə”ni Suraxanıda qəbul edən “Turan Tovuz” erkən qollarla hesabı öz xeyrinə dəyişdi. Artıq 19-cu dəqiqədə qərb təmsilçisi iki dəfə fərqlənməyə macal tapmışdı. “Turan Tovuz” onsuz da müdafiəsi ilə ad çıxarıb. Vurulan iki qoldan sonra Kurban Berdiyevin komandası müdafiədə daha intizamlı oynayaraq hesabı qorumağı bacardı. Beləliklə 19 dəqiqəsinə iki qol sığan qarşılaşmanın qalan dəqiqələrində tərəflərdən heç biri fərqlənməyi bacarmadı.
Əsas rəqibi üzərində vacib qələbə qazanan “Turan Tovuz” 3-cü pillədəki yerini möhkəmlətdi. Qərblilərin aktivində 37 xal var. “Zirə” 4-cü pillədə 35 xalla qərarlaşıb. Bu yerdə onu qeyd edək ki, “Turan Tovuz” bir oyun az keçirib.

"Sumqayıt" – "Qəbələ" 0:0
“Sumqayıt”: 1. Mehdi Cənnətov (k), 7. Rüstəm Əhmədzadə, 19. Roi Kehat, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynıy, 23. Ronaldo Vaskez, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 95. Nsana Simon.
Baş məşqçi: Saşa İliç.
“Qəbələ”: 93. Rza Cəfərov, 7. Turan Manafov, 13. Nicat Əliyev (k), 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 8. Sambu Sissoko, 16. İsaak Amoah, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 14. Domi Massumo, 70. Paulo Quimbila. 
Baş məşqçi: Kaxaber Tsxadadze.

Adriel Ba Loua 34-cü dəqiqədə penaltini qola çevirə bilsəydi, “Qəbələ” Sumqayıt səfərindən çox vacib qələbə ilə dönəcəkdi. Bununla belə Kaxaber Tsxadadzenin çalışdırdığı komandanın yüksəlişdə olduğu aydın görünür. Qış fasiləsindən sonra oyun planında xeyli inkişaf edən “qırmızı-qaralar” artıq hər kəs üçün çətin rəqib sayılır. “Sumqayıt” da doğma meydanda qazandığı bir xala sevinməlidir. Hər halda 90 dəqiqə ərzində üstün görünən və qələbəyə daha yaxın tərəf qonaq komanda idi.
Xalının üzərinə xal yazdıran “Qəbələ” 10-cu pillədədir. “Kəpəz” və “Karvan-Yevlax”ın geridə olması əyalət təmsilçisinin elitadakı yerini qorumaq üçün yaxşı üstünlük qazandığının göstəricisidir. 31 xallı “Sumqayıt” artıq 6-cı pilləyə qədər geriləyib.

“Karvan-Yevlax” – “Araz-Naxçıvan” 0:2 
Qollar:
Felipe Santos, 32; 51-pen.
"Karvan-Yevlax": 99. Pedro Mateus, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 17. Samir Abdullayev, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 10. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

“Araz Naxçıvan”da üzlər gülür. Elmar Baxşıyevin gedişindən sonra eniş yaşayan Muxtar Respublika təmsilçisi artıq ardıcıl iki oyunda qələbə qazanmağı bacarıb. Özü də bu iki görüşdə “Araz Naxçıvan” öz qapısını toxunulmaz sağlayıb. Deməli, Demçenko yavaş-yavaş öz sistemini oturtmağa başlayıb. Bir məqam da var ki, onu da vurğalayaq. “Araz Naxçıvan” son iki oyunda vurduğu üç qolun ikisini penalti zərbəsindən sonra rəqib qapısından keçirib. Əsas odur ki, bu qollar komandaya qələbə gətirib. “Karvan-Yevlax”ın oyunu haqqında xüsusi nəsə deməyə ehtiyac yoxdur. Görünən odur ki, aranlılar elitanı tərk etməyə ən real namizəddir.
Beşinci pilləyə yüksələn “Araz Naxçıvan”ın aktivində 33 xal var. “Zirzəmi”yə lövbər atan “Karvan-Yevlax” 21 tur ərzində cəmi 6 xal toplaya bilib.

"İmişli" – "Şamaxı" 0:0 
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 23. Dioqo Rollo, 79. Dioqo Kardozu, 17. Ezekiel Morqan, 7. Luis Silvestr. 
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov. 
Baş məşqçi: Jorje Kaşkilya. 
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa. 
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 10. Andrey Tirkoveanu, 19. Abdullahi Şuaybu. 
Baş məşqçi: Ayxan Abbasov.

Turun daha bir “quru” oyunu Qubada keçirildi. Onsuz da Qubadakı stadionun ot örtüyü komandalara normal futbol sərgiləməyə imkan vermir. Bu dəfə rəqiblər çempionatda xüsusi iddiası olmayan “İmişli” ilə “Şamaxı” olunca azarkeşlər xeyli darıxdırıcı oyun izlədilər. Sərt örtük üzərində zədələnmək istəməyən futbolçular qol vurmaq üçün elə də böyük həvəs göstərmədilər. Belədə 0:0 hesabının da ədalətli nəticə olduğunu deməliyik.
Çox az adam şübhə edər ki, bu iki komanda mövsümün sonunda elitadakı yerini qoruyacaq. Eyni zamanda mükafatçılar sırası da “İmişli” ilə “Şamaxı” üçün əlçatmaz sayıla bilər. 25 xal toplayan “Şamaxı” səkkizinci, 20 xallı “İmişli” isə 9-cu sırada qərarlaşıb.

"Sabah" – "Kəpəz" 1:0 
Qol:
K.Parris, 88.
"Sabah": 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 5. Rəhman Daşdəmirov, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 70. Cesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 89. Cəfər Muxtarov, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 7. Umarali Raxmonaliyev, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
“Kəpəz”: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 30. Ruslan Quliyev.
Baş məşqçi: Azər Bağırov.

“Sabah” “Kəpəz”lə oyunda xal itirməyə çox yaxın idi. Heç də təsadüfi deyil ki, liderə qələbə gətirən qol 88-ci dəqiqədə vuruldu. Parris “Kəpəz”in müdafiəsindəki ani boşluğu yaxşı dəyərləndirdi. Buna qədərsə meydanda bərabərsəviyyəli oyun gedirdi. Düzdür, meydan sahiblərinin nisbi üstünlüyü hiss edilirdi. Amma səviyyə fərqini nəzərə alanda bu üstünlük də təbii sayılmalıdır.
“Qarabağ”ın meydana çıxmadığı turda 3 xal qazanan “Sabah” liderliyini bir qədər də möhkəmləndirməyi bacardı. Masazır təmsilçisi 52 xal toplayıb və hazırda “Qarabağ”dan 7 xal öndədir. “Kəpəz” isə 11-ci pilləni 13 xalla tutur.

Amal Abuşov

Chosen
2
3
fanat.az

4Sources