AZ

"Zirə"ilə"Kəpəz"dən savayı qələbə qazanan olmadı – Tura baxış

Misli Premyer Liqasının XXII turu bir-birindən gərgin qarşılaşmalara səhnə oldu. Bu tur keçirilən 6 oyundan dördündə qalib müəyyənləşmədi. Belədə qələbəyə sevinən “Zirə”ylə “Kəpəz”i 22-ci turun qazanclı komandaları adlandırmaq olar. “Sabah”ın 3:0 hesablı qələbəni əldən verməsi bu turun ən diqqətçəkən hadisəsi oldu.

"Kəpəz" – "Sumqayıt" 3:0 
Qollar: 
Ryonosuke Ohori, 1. Luis Paçu, 19; 39-pen. 
Qırmızı vərəqə: Nikola Ninkoviç, 62
“Kəpəz”: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 11. Rəhman Hacıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohor.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 6. Camal Cəfərov.
Baş məşqçi: Azər Bağırov.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynıy, 71. Masaki Murata, 80. Keffel Resende.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 95. Nsana Simon, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Baş məşqçi: Saşa İliç.

“Sumqayıt”ın “qara zolaq”da olması artıq heç kimdə şübhə doğurmur. İliç komandası bu tur “Sumqayıt”a məğlub oldu. “Sumqayıt”ın sonuncu dəfə nə vaxt qələbə qazanması bir yana, qol vurması belə unudulmaq üzrədir. “Kəpəz” Yevlaxda keçirilən oyunda “Sumqayıt”ı bütün komponentlərdə üstələyərək layiqli qələbə qazandı. Ohori artıq 1-ci dəqiqədə hesabı açdı. Qoldan sonra da təzyiqini davam etdirən Gəncə təmsilçisi Paçunun elə ilk yarıda “dubl”unu rəsmiləşdirməsi sayəsində 3 xalı bayram etdi. Komandalar ikinci hissədə qol vurmağı bacarmayınca 3:0 hesabı da dəyişmədi.
Qələbə qazanan “Kəpəz” 16-cı xalını qazandı və yenidən 10-cu pilləyə yüksəldi. 31 xallı “Sumqayıt” isə 6-cı pillədə qərarlaşıb.

"Araz-Naxçıvan" – "Zirə" 0:1 
Qol:
A.Qomis, 67.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 4. Rahil Məmmədov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 10. Felipe Santos, 19. Bar Kohen.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 14. Ülvi İsgəndərov, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli.
Baş məşqçi: Andrey Demçenko.
“Zirə”: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 19. Rüfət Abdullazadə, 26. Stefan Akka, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 28. Leroy Mikels, 20. İssa Cibrila, 11. Junior Martins, 6. Eldar Quliyev. 
Baş məşqçi: Rəşad Sadıqov.

“Zirə” ardıcıl iki oyunda qələbə qazanan “Araz Naxçıvan”ı dayandırmağı bacardı. Bununla da Rəşad Sadıqovun komandası mükafatlar uğrunda sona qədər mübarizə aparmaq əzmində olduğunu göstərdi. Son vaxtlar işləri qaydasında getməyən “Zirə”yə qələbə gətirən qola Qomis 67-ci dəqiqədə imza atdı. Müdafiədə etibarlı oynayan qəsəbə təmsilçisi nominal meydan sahiblərinə fərqlənmək üçün imkan verməyincə Mərdəkanda 3 xalla ayrılmağı bacardılar.
38 xallı “Zirə” 4-cü pillədən irəli boylanır. Ondan bir pillə geri qalan “Araz Naxçıvan”ın 33 xalı var.

“Şamaxı” – “Neftçi” 2:2 
Qollar:
Sezar Enrike, 74. Karim Rossi,  90+8-pen.  - Vensan Abubakar, 60; 90+1. 
“Şamaxı”: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos. 
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 10. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 19. Abdullahi Şuaybu. 
Baş məşqçi: Ayxan Abbasov. 
“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 24. Mustafa Sek
5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 33. Breno Almeyda, 11. İmad Faraj. 
Ehtiyat oyunçular: 1. Emil Balayev, 91. Nurəziz Əzizov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanskiy, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 14. Edvin Kuç, 70. Andrey Ştoqrin, 10. Freddi Varqas, 22. Luis Ortis, 28. Alessio Kurçi. 
Baş məşqçi: Yuri Vernidub.

Şamaxıda qalibi müəyyənləşdirmək mümkün olmadı. Hərgah ki, “Neftçi” iki dəfə hesabda önə keçməyi bacarmışdı. Hər iki halda Abubakar ustalığını nümayiş etdirmiş və vacib qollar vurmuşdu. Son dəqiqələrə “Neftçi” 2:1 hesabıyla öndə girdi. Amma qələbə hesabını qorumaq mümkün olmadı. Sekin rəqibinin üzünə dirsəklə zərbə vurmasından sonra baş hakim VAR-a baxmağa dəvət edildi. Kamranbəy Rəhimov monitora baxdıqdan sonra “Neftçi”nin qapısına penalti təyin etdi. Rossi fərqlənmək imkanını qaçırmadı.
Son vaxtlar inamlı çıxış edən “Neftçi” xalını 31-ə çatdırıb, “Sumqayıt”la bərabərləşdirdi. “Ağ-qaralar” hazırda 7-ci sıradadır. 26 xalı olan “Şamaxı” isə “Neftçi”nin ən yaxın izləyicisidir.

“Qəbələ” – “Karvan-Yevlax” 1:1 
Qollar:
Seydina Keyta, 35 - İmani Barker, 28
"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 7. Turan Manafov 27. Eşqin Əhmədov 33. Seydina Keyta 50. Adriel Ba Loua 6. Xayme Syerra 8. Sambu Sissoko 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 21. Ziya Şəkərxanov 24. İsmael Akinade 12. İbrahim Sanqare 3. Eduardo Kunde 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze
"Karvan-Yevlax": 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 8. Peter Kings 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov. 

Bu rəqiblərin ilk turda Şamaxıda keçirilən oyunu 1:1 hesabıyla yekunlaşmışdı. Həmin hesab Qəbələdə də təkrarlandı. “Karvan-Yevlax”ın uzun müddət davam edən xal həsrətinə də son qoyuldu. Barker 28-ci dəqiqədə yevlaxlı futbol azarkeşlərini sevindirdi. Amma bu sevinc uzun sürmədi. Cəmi 7 dəqiqə sonra Keyta hesabı bərabərləşdirdi. Bundan sonra isə meydanda xüsusi nəsə baş vermədi və bərabərlik hesabı sona qədər dəyişmədi.
Əyalət təmsilçiləri turnir cədvəlində də bir-birinə qonşudurlar. “Karvan-Yevlax” 7 xalla “zirzəmi”də möhkəmlənib. “Qəbələ” isə 16 xalla 11-ci sıradadır.

“Turan Tovuz” – “İmişli” 0:0 
“Turan Tovuz”:
41. Sergey Samok, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 99. Vadji İbrahima, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 1. Oleq Baklov, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 90. Joarlem Santos, 19. Roberto Olabe, 9. Coş Cinnelli, 8. David Tavareş, 2. Mark Rene Mampassi.
Baş məşqçi: Kurban Berdiyev.
İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 79. Dioqo Kardozu.
Baş məşqçi: Jorje Kaşkilya.

Son vaxtlar işləri qaydasında gedən “Turan Tovuz” da bu tur büdrədi. Özü də rəqib heç də güclülərdən sayılmayan “İmişli” idi. Bununla belə qərblilər xal itkisindən qaça bilmədi. “Azərsun Arena”da keçirilən qarşılaşmalarda qapılara qol vurulmadı. Berdiyevin yetirmələrinin üstünlüyü müəyyən qədər hiss edilsə də, bu üstünlüyü hesabda əks etdirmək mümkün olmadı.
Aktivinə bir xal əlavə edən “Turan Tovuz” 41 xalla 3-cü pillədə qərarlaşıb. 21-ci xalını toplayan “İmişli” isə 9-cu sırada yer alıb.

“Qarabağ” – “Sabah” 3:3 
Qollar: 
P.Bikalyo, 73. K.Medina, 78. M.Qurbanlı, 84. - X.Əliyev,13. A.Maluda,54. C.Mikels, 60.
“Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 15. Leandro Andrade 6. Kris Kuaku 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
“Sabah”: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 7. Umarali Raxmonaliyev, 19. Aron Maluda. 
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 70. Cesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende. 
Baş məşqçi: Valdas Dambrauskas. 

Liderlərin qarşılaşması gözləntiləri doğrultdu. Respublika stadionunda keçirilən qarşılaşmada qapılara 6 qol vuruldu. Əvvəlcə “Sabah” ardıcıl üç dəfə fərqləndi. Artıq kimsə “Sabah”ın meydandan qələbə ilə ayrılacağına şübhə etmirdi. Məhz bu məqamda “Qarabağ” xaraktet nümayiş etdirdi və bu qolların əvəzini çıxmağı bacardı. Bikaylo ilə Medina 73 və 78-ci dəqiqələrdə fərqi azaltdı. Musa Qurbanlı isə 84-cü dəqiqədə hesabı bərabərləşdirdi. Gərgin xarakter alan oyun ehtiyat oyunçular skamyasında yaranan gərginlik və Mikelsə verilən qırmızı vərəqənin mübahisə yaratması səbəbindən bir qədər “soyudu” ki, nəticədə “Qarabağ”ın qələbə qolu vurmasına da vaxt qalmadı.
53 xallı “Sabah” liderlik kürsüsünü kiməsə güzəştə getmək fikrində deyil. 46 xallı “Qarabağ” isə liderin ən yaxın izləyicisidir.

Amal Abuşov

Seçilən
158
8
fanat.az

9Mənbələr