AZ

“Kəpəz” “Zirə”ni büdrətdi, “Turan Tovuz” rahat nəfəs aldı Tura baxış

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının XXIII turu sürprizsiz başa çatdı demək mümkündür. Bəlkə də “Zirə” – “Kəpəz” qarşılaşması bu mənada istisna sayıla bilər. Rəşad Sadıqovun komandası doğma meydanda qələbə qazana bilmədi. “Sabah”la “Qarabağ”ın böyük hesabla qələbə qazanması bu iki komandanın çempionluq uğrunda sona qədər mübarizə aparacağına işarədir.

"Karvan-Yevlax” – “Sumqayıt” 1:1 

Qollar: Coy Sleyd Mikkels, 90+4 - Səbuhi Abdullazadə, 52-pen. 

"Karvan-Yevlax": 99. Pedro Mateuş, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 21. İmani Barker.

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 17. Samir Abdullayev, 8. Peter Kinqs, 4. Olavale Doyeni.

Baş məşqçi: Füzuli Məmmədov.

"Sumqayıt": 22. Xəyal Fərzullayev, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynı, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç.

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 24. Sənan Muradlı, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 95. Nsane Simon, 25. Abdul Raşid Mumini.

Baş məşqçi: Saşa İliç.

“Karvan-Yevlax” ardıcıl ikinci oyunda xal qazanmağı bacardı. Bölgə təmsilçisinin həm də bu oyunlarda qol vurmağı bacarması diqqət çəkir. Düzdür, “Sumqayıt” uzun müddət hesabda öndə oldu və qalibiyyəti son saniyələrdə əldən verdi. Son vaxtlar eniş yaşayan “Sumqayıt”ın qələbəyə layiq olmadığını da deməliyik. Saşa İliç də komandanın problemləri qarşısında aciz qalıb və gənc oyunçulara şans verdiklərini önə sürməklə tənqidlərdən yayınmağa çalışır. Amma görünən dağa bələdçi lazım olmur. “Sumqayıt” yavaş-yavaş mükafatçılar sırasında uzaq düşür. Qazanılan hər xal isə “Karvan-Yevlax” üçün ümidə çevrilir.

Hələ ki, Yevlax təmsilçisinin sonuncu pillədən qurtulması elə də real görünmür. Füzuli Məmmədovun xilas etməyə çalışdığı komanda 8 xalla “zirzəmidədir”. “Sumqayıt” isə 32 xalla 6-cı pilləni tutur.

"Şamaxı” – “İmişli” 0:0 

“Şamaxı”: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 48. Ramiz Muradov, 77. Nihat Mehralıyev, 90. Davud Mənsumov, 11. Dioqo Balau, 19. Abdullahi Şuaybu.

Baş məşqçi: Ayxan Abbasov.

“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 79. Dioqo Kardozu.

Baş məşqçi: Jorje Kaşkilya.

“Şamaxı” ilə “İmişli” ənənəni pozmadı. Bu iki komandanın iştirakı ilə keçirilən qarşılaşma yenə də qolsuz bərabərliklə başa çatdı. Tərəflərin qol vurmaq arzusuyla alışıb-yandığını, xoşbəxtliyi rəqib qapısında axtardığını demək əsla mümkün deyil. Bu mənada “Şamaxı” və “İmişli”nin aktivinə yazılan bu bir xal qənimət hesab etmək olar. Obrazlı desək, komandalar futbol oynamadan, hücum etmədən hərəyə bir xal qazandılar. Məlum məsələdir ki, tərəflər Premyer Liqada qalmaq vəzifəsinin öhdəsindən gəldiklərini düşünərək, öz vəzifələrini bitmiş sayırlar. Buna görə də qol vurmaq, qələbə qazanmaq həvəsiylə alışıb-yanmırlar.

Maraqlıdır ki, əyalət təmsilçiləri turnir cədvəlində də qonşudurlar. “Şamaxı” 27 xalla səkkizinci, “İmişli” isə 22 xalla 9-cu sırada qərarlaşıb.

"Qarabağ” – “Araz-Naxçıvan” 6:0 

Qollar: J.Montiel, 15-pen. L.Andrade, 33,36. Kamilo Duran, 64-pen, 89. Musa Qurbanlı, 83.

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir 81. Kevin Medina 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 11. Emmanuel Addai 17. Kamilo Duran.

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 6. Kris Kuaku 21. Aleksey Kaşuk 24. Jeremi Qnali.

Baş məşqçi: Qurban Qurbanov.

“Araz-Naxçıvan”: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 6. Patrik Andrade 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala 19. Bar Kohen

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 24. Mustafa Əhmədzadə 17. İssuf Paro 77. Bruno Franko 70. Şarl Boli.

Baş məşqçi: Andrey Demçenko.

“Qarabağ” Premyer Liqaya qayıtdı, özü də yüksək səviyyədə. Çempionlar Liqasındakı çıxışını başa vuran “köhlən atlar” artıq bütün diqqətini ölkə çempionatına yönəldib. Bu dəfə “Qarabağ” gücünü “Araz Naxçıvan”a göstərdi. Artıq fasiləyə qədər Ağdam təmsilçisi rəqibin qapısına üç dəfə yol tapmışdı. “Qol yağışı” ikinci hissədə də davam etdi. Kamilo Duran Andradedən geri qalmayaraq “dubl” etdi. Musa Qurbanlı da qolçuluq bacarığını ortaya qoyunca hesan 6:0-a çatdı. “Araz Naxçıvan”ın demək olar ki, rəqibinə müqavimət göstərə bilməməsi bu komandanın problemlərinin ciddi olduğunun göstəricisi idi.

“Qarabağ” 49-cu xalını aktivinə yazıb, liderin təqibini davam etdirdi. 33 xallı “Araz Naxçıvan” isə yavaş-yavaş avrokubok iddialarından əl çəkməkdədir. Onların hazırda olduğu 5-ci pillədən irəli gedə biləcəyi inandırıcı deyil.

“Zirə” – “Kəpəz” 2:2

Qollar: E.Aydın, 5. R.Renato, 90+6 - R.Hüseynli, 32. D.Verdaska, 51.

“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 4. Ruan Renatov 28. Leroy Mikels 30. Rikardo Martins 20. İssa Cibrila 93. Brahim Konate 22. Eren Aydın

Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 25. Enrike Kustodio 9. Davit Volkov 10. Giorgi Papunaşvili 5. Ange Mutsinzi 11. Junior Martins 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov.

"Kəpəz”: 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 6. Camal Cəfərov 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze.

Ehtiyat oyunçular: 33. Yusif İmanov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 57. Amur Yusifov.

Baş məşqçi: Azər Bağırov.

Bu tur “Zirə” də büdrədi. Özü də gözlənilməz şəkildə. “Kəpəz”lə oyunda qəsəbə təmsilçisinin 3 xalı aktivinə yazacağına çox az adam şübhə edərdi. Özü də Gəncə təmsilçisi oyuna ehtiyat qapıçı Məmməd Hüseynovla başlamışdı. “Zirə” 5-ci dəqiqədə hesabı açınca qolların davamı gələcəyi, meydan sahiblərinin rahat qələbə qazanacağı proqnozlaşdırıldı. Amma tərsinə oldu. “Kəpəz” vurulan qolun əvəzini çıxdı, özü də artıqlamasıyla. Renato son saniyələrdə fərqlənməsəydi, “Kəpəz” 3 xalı da bayram edəcəkdi. Yenə də qazanılan 1 xalı “Kəpəz” üçün qənimət saymaq olar.

Gözünü 3-cü pilləyə dikən “Zirə” bu yolda ağır yara aldı. Qəsəbə təmsilçisi 39 xalla 4-cü pillədədir. 10-cu sıradakı “Kəpəz”in 17 xalı var.

“Neftçi” – “Turan Tovuz” 0:1

Qol: J.Batista, 56.

“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 33. Breno Almeyda 70. Andrey Ştoqrin 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis

Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 7. Emil Səfərov 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 6. Sessi Dalmeyda 27. Kristian Kostin 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub.

“Turan Tovuz”: 41. Sergey Samok 29. Filip Ozobiç 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva

Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 9. Coş Cinnelli 8. David Tavareş 2. Mark Rene Mampassi.

Baş məşqçi: Kurban Berdiyev.

“Neftçi” üçün də bu tur uğursuz oldu. “Turan Tovuz” Yuri Vernidubun qarşısına çıxan ilk ciddi rəqib idi. O və komandası bu imtihandan üzüağ çıxa bilmədi. Batistanın 56-cı dəqiqədə “Neftçi”nin qapısına vurduğu qol qarşılaşmada yeganə oldu. “Ağ-qaralar” bu qola cavab vermək üçün heç bir ciddi imkan yarada bilmədi. “Turan Tovuz” “Zirə”nin büdrədiyi turda qızıldan qiymətli üç xal qazanmağı bacardı.

3-ci pillədə möhkəmlənən “Turan Tovuz” 44 xal toplayıb və ən yaxın izləyicisini 5 xal qabaqlayır. 7-ci pillədəki “Neftçi”nin isə cəmi 31 xalı var.

“Sabah” – “Qəbələ” 7:1 

Qollar: C.Mikels, 10. A.İsayev, 23. K.Parris, 40. A.Maluda, 53. C.Sekidika, 63. R .Daşdəmirov, 77 - Adriel Ba Loua, 87.

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 7. Umarali Raxmonaliyev 19. Aron Maluda.

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 53. Andrey Santos 83. Stefen Ende.

Baş məşqçi: Valdas Dambrauskas.

“Qəbələ”: 93. Rza Cəfərov 28. Murad Musayev (k) 7. Turan Manafov 13. Nicat Əliyev 24. İsmael Akinade 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 8. Sambu Sissoko 16. İsaak Amoah 30. Prins Ovusu.

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 14. Domi Massumo.

Baş məşqçi: Kaxaber Tsxadadze.

“Qarabağ”ın 6 qol vurduğu turda “Sabah” sakit dayana bilməzdi. Masazır təmsilçisi doğma meydanda “Qəbələ”nin qapısına düz 7 dəfə yol tapdı. Özü də bu qolların demək olar ki, hamısı baxımlı alındı. Fasiləyə qədər Rza Cəfərovun qoruduğu qapıya dörd qol vuruldu. İkinci hissədə “qol yağışı” davam etdi. Artıq 77-ci dəqiqədə hesab 7:0 idi. Ba Loua 10 dəqiqə sonra “Qəbələ” üçün zəif təsəlli sayılan qola imza atıb, yekun hesabı müəyyənləşdirdi.

“Sabah” 56-cı xalını aktivinə yazıb, liderliyini davam etdirdi. Ağır məğlubiyyət alan “Qəbələ” isə 16 xal toplayıb və tək təsəllisi “Karvan-Yevlax”ı üstələməkdir.

Amal Abuşov

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
8
fanat.az

9Mənbələr