Misli Premyer Liqasınında XXIV turu yenə bir-birindən maraqlı qarşılaşmalara səhnə oldu. “Sabah”la “Qarabağ” növbəti qələbəsini qazandısa, “Kəpəz” “Turan Tovuz”u büdrətməyi bacardı. “Neftçi” də “Qəbələ” səfərindən üç qollu qələbəylə qayıtdı.
"Araz-Naxçıvan" – "Karvan-Yevlax" 2:1
Qollar: Hamidu Keyta, 37. Ba-Muaka Simakala, 40. - Kayl Spens, 51.
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə (k) 5. Slavik Alxasov 8. Coşqun Diniyev 4. Rahil Məmmədov 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 10. Felipe Santos 11. Ba-Muaka Simakala 70. Şarl Boli.
Ehtiyat oyunçular: 12. Kristian Avram 14. Ülvi İsgəndərov 86. İbrahim Piriyev 33. Elmir Cəfərov 16. Ramon Maçado 7. Hamidu Keyta 77. Bruno Franko 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 32. Elvin Yunuszadə (k) 6. Vadim Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 21. İmani Barker.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 7. Araz Abdullayev 33. Eltun Turabov 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 17. Samir Abdullayev 8. Peter Kings 4. Olavale Doyeni.
Baş məşqçi: Füzuli Məmmədov.
“Karvan-Yevlax” ardıcıl iki oyunda heç-heçəyə nail olub, aktivinə iki xal yazmağı bacarmışdı. Amma bu seriya Mərdəkanda bitdi. “Araz Naxçıvan” özü də yaxşı günlər keçirmədiyindən autsayderlə oyunda maksimum diqqətli oynayıb, üç xal qazandı. Fasiləyə qədər iki qol vuran nominal meydan sahibləri görüşün taleyini həll etdiklərini düşünürdülər. Amma Spens 51-ci dəqiqədə fərqlənməklə intiriqanı qaytara bildi. Di gəl ki, bundan artığını etmək mümkün olmadı.
2:1 hesablı qələbə qazanan “Araz Naxçıvan” xalını 36-a çatdırdı. Bu xal sayəsində əyalət təmsilçisi 5-ci pilləni tutur. “Zirzəmi”dən qurtula bilməyən “Karvan-Yevlax”ın 8 xalı var.
"Sumqayıt" – "Şamaxı" 0:1
Qol: Karim Rossi, 78.
“Sumqayıt”: 22. Xəyal Fərzullayev (k), 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 21. Nihad Əhmədzadə, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 33. Danilo Beskorovaynıy, 71. Masaki Murata, 80. Keffel Resende, 95. Nsana Simon, 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 6. Sedrik Badolo, 23. Ronaldo Vaskez, 11. Aleksa Yankoviç.
Baş məşqçi: Saşa İliç.
“Şamaxı”: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 88. Rodriqo Fernandeş, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.
“Sumqayıt”ın çətin günləri davam edir. Bu dəfə “Şamaxı” “Sumqayıt”ı üstələdi. Özü də bu məğlubiyyət doğma meydanda yaşandı. O qədər də baxımlı keçməyən oyunda hər şey qolsuz heç-heçəyə doğru gedərkən, Rossi qolçuluq bacarığını göstərdi. Onun 78-ci dəqiqədə vurduğu qol oyunda yeganə oldu. Sözün düzü, meydan sahiblərinin bu qola cavab vermək üçün alışıb-yandığını da görmədik.
Mövsümdə 7-ci qələbəsini qazanan “Şamaxı” 30 xalla 8-ci pilləni tutur. Artıq 7-ci yerdəki “Sumqayıt”la xal fərqi ikiyə enib.
"İmişli" – "Sabah" 0:5
Qollar: Stiv Solvet, 10. Coy Lens Mikels, 15-pen; 35. Kahim Parris, 49. Aleksey İsayev, 73-pen.
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 94. Rafael Vieqaş, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 79. Dioqo Kardozu.
Baş məşqçi: Jorje Kaşkilya.
“Sabah”: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 80. Akim Zedadka, 3. Stiv Solvet, 70. Cesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 11. Kahim Parris, 7. Umarali Raxmonaliyev.
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 21. Velko Simiç, 40. İqor Noqeyra, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
Çempionluğa real namizəd olan “Sabah” bu tur “İmişli”ylə qarşılaşırdı. Özü də hamının şikayətçi olduğu Qubadakı meydanda. Elə buna görə də “Sabah”ın bu qarşılaşmada çətinlik çəkəcəyi gözlənilirdi. Amma gedişat göstərdi ki, yararsız qazon “bayquşlar”a mane olmadı. “Sabah” qısa müddət ərzində üç dəfə fərqlənməklə bütün suallara aydınlıq gətirdi. Parrislə İsayevin ikinci hissədə vurduğu qollar isə yekun hesabı müəyyənləşdirdi – 5:0.
Qubadan “beşlə” qayıdan “Sabah” çempionluğa bir addım da yaxınlaşdı. Liderin aktivində 59 xal var. 22 xallı “İmişli” isə 9-cu pilləni tutur.
"Zirə" - "Qarabağ" 1:3
Qollar: Ceyhun Nuriyev, 70 - Joni Montiel, 22. Kamilo Duran, 55 Kadi Borqes, 72.
“Zirə”: 97. Tiaqo Silva 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 14. Elçin Əlicanov 4. Ruan Renatov (k) 25. Enrike Kustodio 9. Davit Volkov 30. Rikardo Martins 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 70. Namik Ələskərov 73. Anatoli Nuriyev 21. Hacıağa Hacılı 19. Rüfət Abdullazadə 29. Ceyhun Nuriyev 26. Stefan Aka 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 20. İssa Cibrila 6. Eldar Quliyev 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.
“Qarabağ”: 99. Mateus Koxalski 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.
“Qarabağ” bu tur “Zirə”ylə qarşılaşdırdı. Mütəxəssislər “köhlən atlar”ın Zirədə xal itirə biləcəyini proqnozlaşdırırdılar. Çünki ötən tur büdrəyən “Zirə”nin də xala böyük ehtiyacı vardı. Lakin “Qarabağ” sürprizə imkan vermədi. Montiellə Duran “Qarabağ”ı 2:0 hesabıyla önə keçirdi. Ceyhun Nuriyev 70-ci dəqiqədə fərqi azaltsa da, iki dəqiqə sonra Kadi yenidən iki topluq fərqi bərpa etdi. Bundan sonra qapılara qol vurulmadı.
52 xallı “Qarabağ” “Sabah”ın ən yaxın izləyicisidir. 39 xalda qalan “Zirə” isə 4-cü pilləni tutur.
“Kəpəz” – “Turan Tovuz” 1:1
Qollar: Rəhman Hacıyev, 55 - Joarlem Santos, 61
"Kəpəz": 22. Məmməd Hüseynov 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli 11. Rəhman Hacıyev 9. Luis Paçu 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze.
Ehtiyat oyunçular: 33. Yusif İmanov 81. Elgün Bayramov 99. Əli Səmədov 88. Şakir Seyidov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 6. Camal Cəfərov 97. Elxan Məmmədov 57. Amur Yusifov.
Baş məşqçi: Azər Bağırov.
"Turan Tovuz": 41. Sergey Samok 17. Rəhim Sadıxov 11. Ayxan Hüseynov 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 6. Fərid Yusifli 5. Roderik Miller 99. Vadji İbrahima 9. Coş Cinnelli 8. David Tavareş.
Baş məşqçi: Kurban Berdiyev.
“Kəpəz” artıq heç bir rəqib üçün asan xal mənbəyi deyil. Bunu əminliklə söyləyə bilərik. Azər Bağırovun yetirmələri ötən tur Zirədən bir xalla qayıtmışdılarsa, bu tur güclərini iddialı “Turan Tovuz”a göstərdilər. Rəhman Hacıyevin hesabı açdığı oyunda Kurban Berdıyev və komandası qazandığı bir xala görə sevinməlidilər. Bürünc medallara namizəd sayılan “Turan Tovuz” “Kəpəz”lə qarşılaşmada heç də parlaq oyun göstərmədi. Komandanı məğlubiyyətdən Santos xilas etdi.
18 xalla 10-cu pillədə möhkəmlənən “Kəpəz” artıq “Karvan-Yevlax”ı 10 xal üstələyir. “Turan Tovuz” 45 xalla üçüncüdür.
“Qəbələ” – “Neftçi” 1:3
Qollar: Seydina Keyta, 19-pen. Bassala Sambu, 22. Emin Mahmudov, 69. Murad Məmmədov, 77
"Qəbələ": 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 27. Eşqin Əhmədov, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 6. Xayme Syerra, 8. Sambu Sissoko, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 21. Ziya Şəkərxanov, 24. İsmael Akinade, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde.
Baş məşqçi: Kaxaber Tsxadadze.
"Neftçi": 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 9. Bassala Sambu, 33. Breno Almeyda, 70. Andrey Ştoqrin, 11. İmad Faraj.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 10. Freddi Varqas, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.
“Qəbələ” ilə oyunlar bu mövsüm “Neftçi” üçün asan keçir. Bu dəfə də elə oldu. Hərgah ki, hesabı “Qəbələ” açmışdı. Amma qələbə hesabını qorumaq mümkün olmadı. “Qəbələ” cəmi üç dəqiqə hesabda öndə oldu. Sambu 22-ci dəqiqədə hesabı bərabərləşdirdi. Emin Mahmudovla Murad Məmmədov ikinci hissədə “Neftçi”yə qələbə qazandırdılar.
“Sumqayıt”ın xalsız qaldığı turda qələbəyə sevinən “Neftçi” xalını 34-ə çatdırıb, 6-cı pilləyə yüksəldi. “Qəbələ”nin topladığı 16 xal 11-ci pilləni tutmağa kifayət edir.
Amal Abuşov