ABŞ Məxfi Xidməti səhər saatlarında Floridadakı eks-prezident Donald Trampın Mar-a-Laqo iqamətgahına qanunsuz daxil olmağa cəhd edən silahlı şəxsi zərərsizləşdirib.
BAKU.WS xəbər verir ki, hadisə barədə məlumatı Məxfi Xidmət özünün "X" sosial şəbəkə hesabında yayıb. Bildirilir ki, şəxsi Mar-a-Laqo malikanəsinin şimal darvazası yaxınlığında ov tüfənginə bənzər əşya və yanacaq bidonu ilə müşahidə ediblər. Hadisə yerinə dərhal agentlər və Palm-Biç dairəsinin şerif müavini çağırılıb.
Məlumatda Trampın hazırda Vaşinqtonda olduğu vurğulanıb.