EN

Lineker “Arsenal”a olan inamını itirmir – ARENA.AZ

İngiltərə futbolunun əfsanəsi Qari Lineker Premyer Liqanın cari mövsümünün çempionu olacaq komanda ilə bağlı qənaətini açıqlayıb.

Arena.az keçmiş hücumçunun müvafiq açıqlamasını təqdim edir:

“Şəxsən mən hələ də düşünürəm ki, “Arsenal” çempionatın qalibi olacaq. Amma bu (“qapazaltı” “Vulverhempton”la 2:2 hesablı gözlənilməz heç-heçə), hər şeyi düzəltmələri üçün “topçular”a, ola bilsin ki, gərəkli olan həmin o silkələnmədir”, deyə Lineker vurğulayıb.

Xatırladaq ki, “Arsenal” son xal itkisinə baxmayaraq, hələ də İngiltərə Premyer Liqasının cari mövsümündə vahid lider olaraq qalır. Mikel Artetanın kollektivi bu mövsüm 27 oyunda 17 qələbə qazanıb, 7 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb. London təmsilçisi 58 xalla əsas izləyicisi “Mançester Siti”ni 2 xal qabaqlayır.

“Arsenal” bu gün çempionatın növbəti turu çərçivəsində səfərdə “Tottenhem”lə üz-üzə gələcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
2
14
arena.az

10Sources