EN

Azərbaycandan Yunanıstana ixrac olunan neftin həcmi açıqlandı

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycandan Yunanıstana 11,6 milyon ABŞdolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 24,4 min ton xamneft və neft məhsulları ixrac olunub.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyərifadəsində 41 milyon dollar və ya 4,5 dəfə, həcm baxımından isə70,1 min ton və ya 3,9 dəfə azdır.

Məlumat üçün, ötən ilin yanvar ayında Azərbaycandan Yunanıstana52,6 milyon dollar dəyərində 94,5 min ton neft və neft məhsullarıixrac olunub.

Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinəümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixracolunub.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bugöstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9%azalıb, eyni zamanda həcm baxımından 818 min ton və ya 23,6%artıb.

Məqalədə:
Chosen
31
11
az.trend.az

10Sources