AZ

Ötən ay Azərbaycandan Çexiyaya ixrac olunan neftin həcmi açıqlandı

Bakı. TurkicWorld:

2026-cı ilin yanvar ayında Azərbaycandan Çexiyaya 38,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 82,4 min ton xam neft və neft məhsulları ixrac olunub.

TurkicWorld Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 163,8 milyon ABŞ dolları və ya 5,3 dəfə, həcm baxımından isə 282,3 min ton və ya 4,3 dəfə azdır.

Ötən ilin yanvar ayında Azərbaycandan Çexiyaya 202,3 milyon ABŞ dolları dəyərində 364,7 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9% azalıb, eyni zamanda həcm baxımından 818 min ton və ya 23,6% artıb.

Seçilən
37
11
turkic.world

10Mənbələr