AZ

Yanvarda Azərbaycandan Tunisə tədarük olunan neftin həcmi məlum oldu

Bakı. TurkicWorld:

Bu ilin yanvar ayında Azərbaycandan Tunisə 29,5 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 61,3 min ton xam neft və neft məhsulları ixrac olunub.

TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Qeyd edək ki, ötən ilin yanvar ayında bitumlu süxurlardan əldə olunmuş xam neft və neft məhsullarının Tunisə tədarükü ilə bağlı məlumatlar açıqlanmayıb.

Xatırladaq ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9% azalıb, eyni zamanda həcm baxımından 818 min ton və ya 23,6% artıb.

Seçilən
27
11
turkic.world

10Mənbələr