EN

İspaniya Kubokunda final matçının vaxtı açıqlandı – ARENA.AZ

Futbol üzrə İspaniya Kubokunda 2025/2026-cı illər mövsümünün final oyununun keçiriləcəyi tarix müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, həlledici qarşılaşma aprelin 18-dən 19-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüş Sevilyadakı Estadio de-la Kartuxa stadionunda təşkil olunacaq.

Xatırladaq ki, İspaniya Kubokunda finalçıların adına hələ aydınlıq gəlməyib. Bu, yarımfinalın cavab görüşlərindən sonra bəlli olacaq. Yarımfinalın cavab qarşılaşmaları martın 3-də və 4-də keçiriləcək.

“Barselona” yarımfinalın ilk görüşündə Madrid “Atletiko”suna 0:4 hesabıyla uduzub. Bilbao “Atletik”i isə “Real Sosyedad”la görüşdən 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Sonda onu da xatırladaq ki, İspaniya Kubokunun sonuncu qalibi “Barselona” komandasıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
21
8
arena.az

10Sources