EN

ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi – ARENA.AZ

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadə ilə bağlı paylaşım edib.

Arena.az xəbər verir ki, səfirlik Azərbaycan milli komandasının hücumçusunun “Qarabağ”dan Ohayo ştatını təmsil edən “Kolumbus Kru” klubuna transfer olması münasibətilə təbrik ünvanlayıb.

Səfirliyin sosial şəbəkə hesabındakı paylaşımda bunlar qeyd edilib:

“Azərbaycanlı futbol ulduzu Nəriman Axundzadəni ABŞ-nin Ohayo ştatını təmsil edən “Kolumbus Kru” klubu ilə müqavilə imzalaması münasibətilə səmimi-qəlbdən təbrik edirik! “Qarabağ”ın heyətində nümayiş etdirdiyi parlaq və yaddaqalan çıxışlarla geniş rəğbət qazanmış istedadlı gənc hücumçu ABŞ-nin Major League Soccer (MLS) Liqası ilə müqavilə imzalayan ilk azərbaycanlı futbolçudur”.

Səfirlik həmçinin “Qarabağ” klubuna bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərənin “Nyukasl” komandasına qarşı keçirəcəyi ev oyununda uğurlar və inamlı qələbə də arzu edib.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
21
9
arena.az

10Sources