EN

Əraqçi: “Nüvə silahı bəşəriyyət üçün təhlükədir”

ain.az, Bizim media portalına istinadən məlumat verir.

“İran heç bir halda silah yaratmağa can atmayıb”. Bizim.Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Tərksilah üzrə Konfransında çıxışı zamanı deyib.O qeyd edib ki, nüvə silahı bəşəriyyət üçün təhlükədir:

 

“Bəşəriyyət 12 mindən çox nüvə başlığının kölgəsi altında yaşayır. Biz bu silahın dünyada tətbiqinin şahidi olmuşuq. İran daim vurğulayır ki, onun nüvə proqramı dinc xarakter daşıyır. Dini-ideoloji baxımdan biz nüvə silahının yaradılmasını qadağan olunmuş hesab edirik. Dinc nüvə enerjisi bütün ölkələrin hüququdur.

Əraqçinin sözlərinə görə, ABŞ və Avropa kimi ölkələr İsrailin hərəkətlərinə göz yumublar: “İsrail iki il ərzində yeddi ölkəyə hücum edib və bütün beynəlxalq qanunları pozub. İran MAQATE ilə texniki danışıqları davam etdirəcək. İran hər zaman məzmunlu və ədalətli danışıqlara hazırdır.  İran istənilən təhdid və aqressiv hərəkətlərə qarşı özünü tam müdafiə etməyə hazırdır. Avantürist addımların nəticələri İranın sərhədləri ilə məhdudlaşmayacaq”.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
138
1
bizim.media

10Sources