AZ

Əraqçi Cenevrədə Uitkoffla mümkün görüşdən danışdı

BAKI, 22 fevral. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla Cenevrədə görüşün mümkünlüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Əraqçi CBS telekanalına müsahibəsində danışıb.

O bildirib ki, tərəflər ABŞ-nin İranın nüvə proqramı ilə bağlı təkliflərinə cavab üzərində işləyirlər. Onun sözlərinə görə, hər iki tərəfin narahatlıq və maraqlarını nəzərə alan elementlərin razılaşdırılması istiqamətində danışıqlar davam edir.

Nazir qeyd edib ki, tərəflər fevralın 26-da Cenevrədə yenidən görüşə bilərlər.

“Hesab edirəm ki, həmin görüşdə bu elementləri daha da dəqiqləşdirə və yaxşı mətn hazırlayaraq tez bir zamanda razılığa gələ bilərik. Mən bunu tam mümkün sayıram”, – deyə Əraqçi vurğulayıb.

Seçilən
10
50
teleqraf.com

10Mənbələr