EN

Dünyanın ən böyük Qurani-Kərim kitabı bu muzeydədir

Səudiyyə Ərəbistanı Krallığının Hira mədəniyyət rayonundakı Qurani-Kərim Muzeyində dünyanın ən böyük Qurani-Kərim kitabı nümayiş olunur.

Xezerxeber.az “Əl-Ərəbiyyə” saytına istinadla xəbər verir ki, kitabın ölçüləri 312:220 sm-dir.

700 səhifədən ibarət olan müqəddəs böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına daxil edilib.

Nümayiş olunan kitab 16-cı əsrə aid tarixi nüsxənin böyüdülmüş formasıdır.

Əl-Fatihə surəsi nəsx xətti ilə qalan surələr isə süls xətti ilə yazılıb. Muzeydə sərgilənən Qurani-Kərim islam kitab sənətinin və ərəb xəttatlığının unikal nümunəsidir. Onun qədim orijinal nüsxəsi Kral Əbdüləziz Vəqf Kitabxanaları Mərkəzində qorunur.

Chosen
72
9
xezerxeber.az

10Sources