Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qahirə, 16 fevral, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının Hira mədəniyyət rayonundakı Qurani-Kərim Muzeyində dünyanın ən böyük Qurani-Kərim kitabı nümayiş olunur. Kitabın ölçüləri 312:220 sm-dir. 700 səhifədən ibarət olan müqəddəs böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına daxil edilib.
AZƏRTAC “Əl-Ərəbiyyə” saytına istinadla xəbər verir ki, nümayiş olunan kitab 16-cı əsrə aid tarixi nüsxənin böyüdülmüş formasıdır. Əl-Fatihə surəsi nəsx xətti ilə qalan surələr isə süls xətti ilə yazılıb. Muzeydə sərgilənən Qurani-Kərim islam kitab sənətinin və ərəb xəttatlığının unikal nümunəsidir. Onun qədim orijinal nüsxəsi Kral Əbdüləziz Vəqf Kitabxanaları Mərkəzində qorunur.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.