AZ

Dünyanın ən böyük Qurani-Kərim kitabı bu muzeydədir

Səudiyyə Ərəbistanı Krallığının Hira mədəniyyət rayonundakı Qurani-Kərim Muzeyində dünyanın ən böyük Qurani-Kərim kitabı nümayiş olunur. Kitabın ölçüləri 312:220 sm-dir. 700 səhifədən ibarət olan müqəddəs böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına daxil edilib.

Redaktor.az “Əl-Ərəbiyyə” saytına istinadla xəbər verir ki, nümayiş olunan kitab 16-cı əsrə aid tarixi nüsxənin böyüdülmüş formasıdır. Əl-Fatihə surəsi nəsx xətti ilə qalan surələr isə süls xətti ilə yazılıb.

Muzeydə sərgilənən Qurani-Kərim islam kitab sənətinin və ərəb xəttatlığının unikal nümunəsidir. Onun qədim orijinal nüsxəsi Kral Əbdüləziz Vəqf Kitabxanaları Mərkəzində qorunur.

Seçilən
96
9
redaktor.az

10Mənbələr