EN

Demçenko: “Futbolçular qələbə üçün hər şeyi etdilər” – ARENA.AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Andrey Demçenko qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oynadıq və istədiyimiz 3 xalı qazandıq. Futbolçularım döyüşdülər, qələbə üçün hər şeyi etdilər. Görmək istədiklərimizi gördük, futbolçuların istəyi var idi. Öyrənməli olduğumuz nüanslar var. Ona görə daha çox işləməliyik. Futbolçulara da təşəkkürümü etdim. Aydın idi ki, bu gün hamı can yandırırdı.

Biz sistem üzərində çalışırıq. Vacib olan odur ki, futbolçularda istəyi gördük. Futbolçuların hamısı motivasiyalıdır, özgüvənləri yerindədir”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
24
5
arena.az

10Sources