Portuqaliyalı futbol mütəxəssisi Vitor Pereyra İngiltərə Premyer Liqasında mübarizə aparan “Nottingem Forest”ə baş məşqçi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
57 yaşlı məşqçi ilə müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb. O, bir neçə gün öncə istefaya göndərilmiş Şon Dayçı əvəz edib.
Şon Dayç 2025-ci ilin oktyabrından etibarən “meşəçilər”in “sükanı arxasında” idi. O, sözügedən komandanı bütövlükdə 25 oyuna çıxarıb, 10 qələbə, 5 heç-heçə və 10 məğlubiyyət görüb. Şon Dayç daha öncə “Uotford”, “Börnli” və “Everton”da da baş məşqçi kimi çalışıb.
Bu, cari mövsümdə “Nottingem Forest”də üçüncü məşqçi istefasıdır. Sentyabrda Nuno Espirito Santo komandadan ayrılmışdısa, oktyabrda Angelos Postekoqlu da vəzifəsindən göndərilmişdi.
Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 27 xalla 17-ci pillədə qərarlaşıb və aşağı sıralardan uzaqlaşmaq uğrunda mübarizə aparır.
Vitor Pereyra daha öncə “Flamenqo”, “Korintians”, “Fənərbağça”, “Şanxay”, “1860 Münhen”, “Olimpiakos”, “Əl-Əhli”, “Portu”, “Santa Klara”, “Espinyo”, “Sanxoanense”, “Vulverhempton” kimi komandaları da çalışdırıb.
