Olaylar bu barədə banka istinadən xəbər verir.
Regional qrup ölkələri üçün nəzərdə tutulan layihə 40-dan çox ölkəni, o cümlədən Azərbaycan, Əfqanıstan, Ermənistan, Banqladeş, Hindistan, İndoneziya, Çin, Pakistan, Türkiyə, Vyetnam və digər dövlətləri əhatə edir.
Qeyd olunur ki, layihə üzrə nəzərdə tutulan maliyyələşdirmə həcmi 2 milyon ABŞ dolları təşkil edir.
Layihənin məqsədi özəl kapital metodologiyasının hazırlanmasına və onun AİB-ə üzv ölkələrdə müxtəlif növ layihələr üzrə tətbiqinə dəstək göstərməkdir. Həmçinin layihə bu metodologiya üzrə AİB-in analitik bazasının formalaşdırılmasına, eləcə də biliklərin yayılmasına və bütün əməliyyat departamentlərində və üzv ölkələrdə potensialın inkişafına yönəlib.
Layihənin icrasının əməliyyatların daha məqsədyönlü qurulması və özəl kapitalın səfərbər edilməsi üzrə potensialın inkişaf etdirilməsi hesabına AİB-in özəl sektora dəstək imkanlarını genişləndirəcəyi gözlənilir. Layihə bankın Asiya və Sakit okean regionu ölkələrinin inkişafında özəl sektorun iştirakının təşviqinə dair uzunmüddətli strategiyasına uyğundur.