AZ

AİB Azərbaycanın iştirakı ilə özəl kapital metodologiyasının inkişafı üzrə layihəni nəzərdən keçirir

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) özəl kapitala yönəlmiş yeni metrikgöstəricinin hazırlanması və tətbiqinə dəstək layihəsini (Supportfor Development and Implementation of the Private Capital EnabledMetric) nəzərdən keçirir.

Trend bu barədəbanka istinadən xəbər verir.

Regional qrup ölkələri üçün nəzərdə tutulan layihə 40-dan çoxölkəni, o cümlədən Azərbaycan, Əfqanıstan, Ermənistan, Banqladeş,Hindistan, İndoneziya, Çin, Pakistan, Türkiyə, Vyetnam və digərdövlətləri əhatə edir.

Qeyd olunur ki, layihə üzrə nəzərdə tutulan maliyyələşdirməhəcmi 2 milyon ABŞ dolları təşkil edir.

Layihənin məqsədi özəl kapital metodologiyasının hazırlanmasınavə onun AİB-ə üzv ölkələrdə müxtəlif növ layihələr üzrə tətbiqinədəstək göstərməkdir. Həmçinin layihə bu metodologiya üzrə AİB-inanalitik bazasının formalaşdırılmasına, eləcə də biliklərinyayılmasına və bütün əməliyyat departamentlərində və üzv ölkələrdəpotensialın inkişafına yönəlib.

Layihənin icrasının əməliyyatların daha məqsədyönlü qurulması vəözəl kapitalın səfərbər edilməsi üzrə potensialın inkişafetdirilməsi hesabına AİB-in özəl sektora dəstək imkanlarınıgenişləndirəcəyi gözlənilir. Layihə bankın Asiya və Sakit okeanregionu ölkələrinin inkişafında özəl sektorun iştirakının təşviqinədair uzunmüddətli strategiyasına uyğundur.

Məqalədə:
Seçilən
13
1
az.trend.az

2Mənbələr