Bakı. Trend:
Dünya Bankı Azərbaycanda “Azerigas Gas Leak Detection and RepairFacility” adlı qaz sızmalarının aşkarlanması üzrə layihəyə dəstəkolmaq imkanını nəzərdən keçirir.
Trend bu barədəBanka istinadən xəbər verir.
Layihənin məqsədi “Azəriqaz” tərəfindən idarə olunanqazpaylayıcı şəbəkədə sızmalar nəticəsində yaranan metanemissiyalarını azaltmaq, həmçinin şirkətin aktivlərin idarəolunması sahəsində potensialını gücləndirməkdir.
Layihənin maliyyələşdirmə həcmi 15 milyon ABŞ dolları təşkiledir. Layihənin təsdiqi 23 aprel 2026-cı il tarixinə nəzərdətutulub.
Layihə çərçivəsində “Azəriqaz”ın qazpaylayıcı sistemində qazsızmalarının aşkar edilməsi və aradan qaldırılması üçün vəsait alantərəf tərəfindən icra olunacaq maliyyə mexanizminin yaradılmasınəzərdə tutulur. Bu mexanizm “Global Flaring and Methane ReductionPartnership” (GFMR) Trest Fondundan ayrılacaq ilkin qrant hesabınaişə salınacaq. Qrantın alıcısı və qrant hesablarının sahibi SOCARolacaq, “Azəriqaz” isə yeganə benefisiar və layihənin gündəlikicrasına və idarə olunmasına cavabdeh icraçı qurum qismində çıxışedəcək. Metan emissiyalarının mərhələli şəkildə ixtisarı məqsədiləqaz sızmalarının aşkarlanması və təmiri üzrə razılaşdırılmıştədbirlər üçün vəsaitlər SOCAR-dan “Azəriqaz”a yönləndiriləcək.
Layihə Bakıda qaz sızmaları üzrə baza səviyyəsininformalaşdırılmasına dair “Azəriqaz”ın pilot proqramının təcrübəsinəəsaslanacaq. Təmir işləri əvvəlcədən razılaşdırılmış uyğunluqmeyarlarına uyğun olaraq “Azəriqaz” tərəfindən təklif ediləcək vəicra olunacaq. Tədbirlərin prioritetləşdirilməsi xərc, mürəkkəblik,təsir dərəcəsi və digər müvafiq amillər nəzərə alınmaqla həyatakeçiriləcək ki, hər xərclənən ABŞ dollarına maksimum emissiyaazaldılması təmin olunsun.
Bununla yanaşı, ilkin mərhələdə və sonrakı dövrlərdə GFMRvəsaitləri OGMP 2.0 standartına uyğun olaraq emissiyalarınmonitorinqi, hesabatlılıq və verifikasiya sahəsində “Azəriqaz”ınpotensialının inkişafına yönəldiləcək.