AZ

Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılması üzrə 15 mln. dollarlıq layihəni nəzərdən keçirir

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünya Bankı Azərbaycanda qaz sızmalarının azaldılması üzrə layihəni nəzərdən keçirir.

"APA-Economics" bu barədə Dünya Bankına istinadən xəbər verir. Məlumata görə, layihə “Azəriqaz” tərəfindən idarə olunan qazpaylayıcı sistemdə qaz sızmalarının aşkarlanması və aradan qaldırılması yolu ilə metan emissiyalarının azaldılmasını, eləcə də aktivlərin idarə olunması sahəsində institusional potensialın gücləndirilməsini hədəfləyir.

Layihənin ümumi maliyyələşdirmə həcmi 15 milyon ABŞ dolları təşkil edir və 23 aprel 2026-cı il tarixinə təsdiq edilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində qaz sızmalarının aşkarlanması və təmiri üzrə xüsusi maliyyə mexanizmi yaradılacaq. Bu mexanizm GFMR Trest Fondundan ayrılacaq ilkin qrant hesabına işə salınacaq. Vəsaitlər SOCAR vasitəsilə mərhələli şəkildə “Azəriqaz”a yönəldiləcək və qaz sızmalarının aşkarlanması və təmiri üzrə prioritet tədbirlərin icrasına sərf ediləcək. Tədbirlərin seçimi xərc-effektivlik, texniki mürəkkəblik və emissiyaların azaldılmasına təsir kimi meyarlar əsasında aparılacaq.

Eyni zamanda, GFMR vəsaitlərinin bir hissəsi OGMP 2.0 standartlarına uyğun olaraq metan emissiyalarının monitorinqi, hesabatlılıq və verifikasiya sahəsində “Azəriqaz”ın institusional imkanlarının inkişafına yönəldiləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
50
apa.az

10Mənbələr