EN

Mehdiabaddan 28 MAY-a tramvay yolu çəkiləcək


Mehdiabaddan 28 May metrostansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
O bildirib ki, tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb:
"Artıq Mehdiabad qəsəbəsindən metronun "28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə "Sea Breeze” daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb".

 



Chosen
64
49
nuh.az

10Sources