EN

Azərbaycanda qeyri-həyat sığortası bazarı 5%-dən çox böyüyüb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda qeyri-həyat sığortası növlərininhesabına 651,699 milyon manat sığorta haqqı toplanılıb.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cüillə müqayisədə 32,5 milyon manat və ya 5,2% çoxdur.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlərisə 8 milyon manat və yaxud 3% artaraq 277,463 milyon manataçatıb.

Beləliklə, ötən il qeyri-həyat sığortası bazarında toplanmış hər100 manat sığorta haqqının 42,6 manatı müştərilərə geriödənilib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sığorta şirkətlərininxətti ilə 1,505 milyard manat sığorta haqqı yığılıb. Bu göstərici2024-cü ilə nisbətən 151,5 milyon manat və ya 11,2% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərənsığorta şirkətləri tərəfindən 920,4 milyon manat sığorta ödənişiedilib ki, bu göstərici 2024-cü illə müqayisədə 167,7 milyon manatvə ya 22,3% artım deməkdir.

Chosen
49
4
az.trend.az

8Sources