EN

Qavi və Fermin Lopes “Barselona”nın ÇL zəfərinə inanırlar – ARENA.AZ

“Barselona”nın yarımmüdafiəçiləri Qavi və Fermin Lopes “blauqrana”nın UEFA Çempionlar Liqasındakı zəfərinə inandığını bildiriblər.

Arena.az Lopesin müvafiq qənaətini təqdim edir:

“Rəqabətəqadir komandamız var. Bu mövsüm bir daha cəhd edəcəyik. Hələ hədəfdən çox uzağıq, məqsədimizə doğru addım-addım getməyimiz gərəkdir. Amma biz finala yüksəlmək və qalib gəlmək istəyirik”, deyə Fermin vurğulayıb.

Qavi də komandasının cari mövsümə əsas hədəfini açıqlayıb:

“Ümidvaram, bu mövsümdə biz yenə də çoxlu qənimət qazanacağıq. Bu, elə ötən dəfə olduğu kimi, bizim uğur göstəricimiz olacaq”, deyə ispan futbolçu vurğulayıb.

Xatırladaq ki, ötən mövsüm İspaniya çempionu olmuş “Barselona” La Liqanın cari mövsümündə 18 oyuna topladığı 46 xalla vahid liderdir. Hansi Flikin rəhbərlik etdiyi komanda 18 oyunda 15 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komanda 51 qol vurduğu halda, 20 top buraxıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə “Barsa” 6 oyuna 3 qələbə qazanıb, 1 heç-heçə edib, 2 məğlubiyyət alıb. Top fərqi isə belədir – 14:11. İspaniya çempionu 10 xalla 15-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
43
11
arena.az

10Sources