EN

Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək

05 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən buraxılan dəyişən faizli (floating rate) istiqrazlar üzrə ilk kupon ödənişi həyata keçiriləcək.

Milli Depozit Mərkəzinin yaydığı məlumata görə, bir istiqraz üzrə kupon ödənişinin məbləği 1 853.33 AZN təşkil edir.

Qeyd edək ki, nominal dəyəri 100 000 AZN olan AZ2001028169 dövlət qeydiyyat nömrəli istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində baş tutmuşdur.

 

Chosen
53
21
marja.az

10Sources