AZ

Avtomobillərin icbari sığortası üzrə yığımlar 7%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 165 mln. 605 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 11 milyon 433 min manat və ya 7.4% artıb.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə illik müqayisədə 4.5% və ya 5 milyon 308 min manat artaraq 123 mln. 690 min manata yüksəlib. 

Qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu sığorta üzrə yığımların məbləği 154 mln. 173 min manat, ödənişlərin məbləği isə 118 milyon 383 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
33
1
banco.az

10Mənbələr