Bakı. Trend:
Gələn ilin yanvarın 5-də Azərbaycan Respublikasının MilliDepozit Mərkəzi (MDM) tərəfindən Avropa Yenidənqurma və İnkişafBankı tərəfindən buraxılan dəyişən faizli (floating rate)istiqrazlar üzrə ilk kupon ödənişi həyata keçiriləcək.
Bu barədə Trend MDM-ə istinadən xəbər verir.
Bildirilib ki, bir istiqraz üzrə kupon ödənişinin məbləği 1853.33 AZN təşkil edir.
Qeyd edək ki, nominal dəyəri 100 000 AZN olan AZ2001028169dövlət qeydiyyat nömrəli istiqrazların yerləşdirilməsi 01 oktyabr2025-ci il tarixində baş tutub.