EN

16 turda 16 böyükhesablı nəticə – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə indiyədək baş tutmuş 16 tur ərzində 16 böyükhesablı nəticə qeydə alınıb.

Arena.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, meydan sahibləri 9, qonaqlar 7 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəliblər.

10 komanda böyükhesablı qələbə əldə edib. Yalnız “Araz-Naxçıvan”la “Karvan”ın belə uğuru yoxdur.

“Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Sumqayıt”, “Şamaxı” və “İmişli” hərəyə 2 dəfə rəqibi böyük fərqlə məğlub ediblər. “Zirə”, “Neftçi”, “Kəpəz” və “Qəbələ”nin bir belə uğuru var.

Gəncə klubu hamıdan çox – 6 dəfə, “Karvan” 4 dəfə üç və ya daha çox top fərqi ilə uduzub. “Araz-Naxçıvan” 2, “İmişli”, “Zirə”, “Şamaxı” və “Sumqayıt” 1 ağır yenilgiyə üzülüb. İki cütdə eyni komanda hər iki dövrədə rəqibini böyük fərqlə üstələyib. “Qarabağ” “Araz-Naxçıvan”ı (5:0, 5:1), “Şamaxı” “Karvan”ı (3:0, 3:0) iki dəfə belə məğlubiyyətə uğradıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
32
13
arena.az

10Sources