Salyan və Göygöl rayonlarında yerləşən heyvan satışı bazarları yenidən fəaliyyətə başlayıb.
Â
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Â
Bildirilib ki, bazarlar biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılaraq yenidən qurulub və AQTA tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, hər iki bazarın yenidən fəaliyyətə başlamasına icazə verilib.
Â
Qeyd edək ki, daha əvvəl Bərdə heyvan bazarının fəaliyyətinə icazə verilmişdi. Yaxın günlərdə baytarlıq-sanitariya normalarına uyğun yenidən qurulan daha bir neçə bazarın da fəaliyyətə başlaması məsələsinə baxılacaq.
Â
Agentlikdən bildirilib ki, bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.
Â