Salyan və Göygöl rayonlarındakı heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılaraq yenidən qurulub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, hər iki bazarın yenidən fəaliyyətə başlamasına icazə verilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, daha əvvəl Bərdə heyvan bazarının fəaliyyətinə icazə verilmişdi. Yaxın günlərdə baytarlıq-sanitariya normalarına uyğun yenidən qurulan daha bir neçə bazarın da fəaliyyətə başlaması məsələsinə baxılacaq.
“Görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir”, - deyə məlumatda bildirilir.