ain.az, Konkret.az portalına istinadən məlumat yayır.
Salyan və Göygöl rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılaraq yenidən qurulub.
KONKRET.az AQTA-ya istinadla xəbər verir ki, agentliyin apardığı qiymətləndirmənin nəticələrinə əsasən, hər iki bazarın yenidən fəaliyyətə başlamasına icazə verilib.
Xatırladaq ki, daha əvvəl Bərdə heyvan bazarının fəaliyyətinə icazə verilmişdi. Yaxın günlərdə baytarlıq-sanitariya normalarına uyğun yenidən qurulan daha bir neçə bazarın da fəaliyyətə başlaması məsələsinə baxılacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.