EN

İlon Mask rekordunu yenilədi 700 milyard

ain.az, Axar.az saytına istinadən bildirir.

İş adamı İlon Mask dünyada 700 milyard dollar sərvətlə tarixə düşən ilk insan olub.

Axar.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Jurnalda bildirilib ki, Maskın sərvəti Delaver ştatının Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra yüksəlib.

Sözügedən qərarda Maska "Tesla" şirkətinin səhmlərinə dair mükafat şəklində verilən 139 milyard dollar etibarsız sayılmışdı. Ancaq hesablamalara görə, uğurlu apellyasiyadan sonra Maskın sərvəti rekord həddə - 749 milyard dollara çatıb.

Qeyd edək ki, daha əvvəl jurnal Maskı sərvəti 600 milyard dolları ötən ilk şəxs elan etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
62
1
axar.az

10Sources