AZ

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

İş adamı İlon Mask dünyada sərvəti 700 milyard dolları ötən ilk insan olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Bildirilib ki, Maskın sərvəti Delaver ştatının Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra yüksəlib.

Sözügedən qərarda Maska “Tesla” şirkətinin səhmlərinə dair mükafat şəklində verilən 139 milyard dollar etibarsız sayılmışdı. Ancaq hesablamalara görə, uğurlu apellyasiyadan sonra Maskın sərvəti rekord həddə – 749 milyard dollara çatıb.

Qeyd edək ki, daha əvvəl jurnal Maskı sərvəti 600 milyard dolları ötən ilk şəxs elan etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
1
globalinfo.az

10Mənbələr